Natiq Əliyev iyunun 8-də vəfat edib - RƏSMİ

Natiq Əliyev iyunun 8-də vəfat edib - RƏSMİ
14:47 9 İyun 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulun "Florence Nightingale" klinikasından Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama verilib.

Milli.Az xəbər verir ki, klinikadan APA-ya verilən açıqlamada bildirilir ki, N.Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.
 
Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib.
 
Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale" klinikasına aparılıb.
 
"Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib", - açıqlamada bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/552826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR