Azərbaycan münaqişələrin həlli üçün GUAM və ATƏT-i qarşılıqlı fəaliyyət göstərməyə çağırıb

Azərbaycan münaqişələrin həlli üçün GUAM və ATƏT-i qarşılıqlı fəaliyyət göstərməyə çağırıb
15:01 9 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:

“Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2764766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR