​Çaylarda sululuğun səviyyəsi artacaq

“10-11 iyun bölgələrdə hökm sürəcək qeyri-sabit hava şəriti ilə əlaqədar çaylarda sululuq səviyyəsi artacaq”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar, ayrı-ayrı yerlərdə leysan xarakterli yağışlar yağacaq. Bununla bağlı çaylarda, xüsusən də dağ çaylarında sululuğun artacağı gözlənilir:

“Ümumiyyətlə, hazırda çaylarda sabit sululuq müşahidə olunur. Ancaq yağışlar yağan dövrdə çaylardakı suyun səviyyəsində artım olacaq. Bu da qısa müddətli olacaq. Ayın 10-11-də gözlənilən yağışlarla əlaqədar, dağ çaylarında sululuğun artacağı gözlənilir”.

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR