Bağdad kürdlərə VETO QOYDU

Bağdad kürdlərə VETO QOYDU
15:03 9 İyun 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

“İraq hakimiyyəti Kürdüstanın müstəqilliyinin əldə edilməsinə yönəlik istənilən birtərəfli addımlara qarşı çıxış edəcək”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq hökumətinin nümayəndəsi Saad əl-Xadit deyib.

“Heç bir tərəf digər tərəflərdən asılı olmadan İraqın taleyi barədə müstəqil qərar verə bilməz. İraq Konstitusiya üzrə demokratik federativ dövlətdir. İraqda istənilən tərəfin atdığı istənilən addımlar konstitusiyaya söykənməlidir”.

Xatırladaq ki, Şimali İraq kürd muxtariyyəti cari ilin sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə qərar verib.

Qərara Türkiyə Xarici İşlər Nazirliyindən də sərt reaksiya verilib. Verilən bəyanatda referendum qərarı “dəhşətli bir səhv” kimi qiymətləndirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR