Estoniyanın xarici işlər naziri Azərbaycana gəlir

Estoniyanın xarici işlər naziri  Azərbaycana gəlir
15:08 9 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Estoniyanın xarici işlər naziri Sven Mikser 12 iyun 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Sven Mikserin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 12 iyun tarixində saat 12.20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2764797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR