ADGTT-nın rəhbəri beynəlxalq tədbirə yola düşür

ADGTT-nın rəhbəri beynəlxalq tədbirə yola düşür
15:12 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabr tarixlərində RF-in paytaxtı Moskva şəhərində Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edəcək.

"Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək", - M.Həmidov bildirib.

Eyni zamanda Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində ADGTT-nın rəhbərinin tədbirdə iştirak edəcək bir sıra ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşləri və ikitərəfli qastrol səfərlərinə dair müqavilələrin imzalanması da nəzərdə tutulub.

Beynəlxalq tədbirdə Mübariz Həmidovun "Azərbaycan teatrı müstəqillik illərində" mövzusunda çıxışı da planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/552801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR