Məktəblilər üçün ekstremal təlim keçirilib

Məktəblilər üçün ekstremal təlim keçirilib
15:24 9 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 9-da paytaxtda məktəblilər üçün “Yanğın zamanı məktəbdə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə birgə fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ ) Lent.az-a verilən məlumata görə, "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə birgə reallaşdırılan təlimin məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

 

Paytaxtdakı 139 nömrəli tam orta məktəbdə reallaşdırılan təlimdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.  

 

Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

 

Şagirdlər ilkin tibbi yardım və təxliyə zamanı zəruri bacarıqlarını nümayiş etdiriblər. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

 

Məktəblilər FHNnin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə də yaxından tanış olublar. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR