“Qualcomm” prosessorunun təkmilləşdirilmiş versiyası istehsal ediləcək

“Qualcomm” prosessorunun təkmilləşdirilmiş versiyası istehsal ediləcək
15:35 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ötən ay “Qualcomm” şirkətinin növbəti qabaqcıl “Snapdragon 845” prosessoru haqqında ilk şayiələr yayılmağa başlayıb. Yeddi nanometrlik texnoloji proses üzrə hazırlanacaq yeni prosessorun əsasında ilk qurğunun “LG G7” smartfonu olacağı gözlənilir. Çin mənbələrinin məlumatına görə, şirkət ötən il olduğu kimi, ilin ikinci yarısında qabaqcıl prosessorun təkmilləşdirilmiş versiyasını buraxmağı planlaşdırır. Odur ki, hazırkı “Snapdragon 835” və gələcək “Snapdragon 845” arasında yaxın həll “Snapdragon 836” prosessoru ola bilər.

 “ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Snapdragon 836” maksimal 2,5 qiqahers takt tezliyində işləyəcək. Bu, indiki “Snapdragon 835” prosessorundakı 2,45 qiqahers takt tezliyi ilə müqayisədə bir qədər çoxdur. Yeni çipin qrafik sürətləndiricisinin 740 meqahers takt tezliyində işləyəcəyi bildirilir.

“Snapdragon 835” prosessoru ilə təchiz ediləcək mümkün qurğular arasında “Samsung Galaxy Note 8” və ikinci nəsil “Google Pixel/Pixel XL” smartfon modelləri qeyd olunur.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48333-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR