Keloğlan Masalları Müziklı - 2

Keloğlan Masalları Müziklı - 2
15:37 9 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müziklı-2 "Uzun-Huysuz Kosmosda" yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.

Türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müziklının yeni "Uzun-Huysuz Kosmosda" müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək. Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 6 manatdan başlayır. Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR