Bakıda “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Bakıda “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib
15:37 9 İyun 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Texniki Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə DİM Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov, İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov da iştirak ediblər.
B.Xəlilov qeyd edib ki, dövlət qulluğu sahəsində Mərkəzin üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. 
V.Əsgərov tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı Mərkəzin funksiyaları barədə məlumat verib.
P.Kazımovun “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında isə gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi praktiki xarakterli məsləhətlər verilib, fərdi həyatın xoşbəxtliyə yönəlik proqramlaşdırılması üzrə psixoloji çalışma təqdim olunub. 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-dovlet-qullugu-sisteminin-mahiyyeti-ve-ehemiyyeti-movzusunda-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR