"SOCAR Methanol" bu il 250 min ton metanol istehsal edəcək

"SOCAR Methanol" bu il 250 min ton metanol istehsal edəcək
15:37 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda 250 min ton metanol istehsalı planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev “Counsulting and Business” jurnalına müsahibəsində bildirib: “Strateji hədəfimizdən biri effektivlik və məhsuldarlığın artırılması, hər 1 000 kubmetr təbii qazdan mümkün olduqca çox metanol istehsal etməkdir. Bu il 250 min ton metanol istehsalı planlaşdırırıq”.
Onun sözlərinə görə, bu, əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur. 
E.Mustafayev onu da bildirib ki, məhsula qlobal tələbin sabit artımı ilə yaxın müddətdə istehsalın artırılaraq ildə 500 min tona çatdırılması, məhsuldarlığın 90% olması planlaşdırılır: “Metanol zavodunun maksimum məhsuldarlığı ildə 650-700 min ton təşkil edir”.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” şirkəti tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu bu ilin yanvar ayından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib. Yanvar-may aylarında zavodda 70,252 min ton metanol istehsal olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/socar-methanol-bu-il-250-min-ton-metanol-istehsal-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR