Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək
15:42 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar iyunun 11-dən 25-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
"Report" xəbər verir ki, barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir. 
Məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. 
"Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək", - deyə məlumatda qeyd edilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-sumqayit-baki-elektrik-qatarinin-hereket-cedveli-deyisecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR