“Kapital Bank” bir yeni şöbə açır, “Xalq Bank” isə bir şöbəsini bağlayır

“Kapital Bank” bir yeni şöbə açır, “Xalq Bank” isə bir şöbəsini bağlayır
15:47 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının bu gün qəbul etdiyi qərara əsasən, “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilib, “Xalq Bank” ASC-nin 1 saylı “Bilgəh” mübadilə şöbəsinin isə bağlanmasına icazə verilib.
Bu barədə “Report”a Palatadan bildirilib.
“Kapital Bank”ın yeni şöbəsi Masallı rayonu, M.Talışxanov prospektindəki “ASAN Xidmət” Mərkəzində yerləşəcək. Burada “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstəriləcək.
“Xalq Bank”ın şöbəsinin bağlanmasına əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-bir-yeni-sobe-acir-xalq-bank-ise-bir-sobesini-baglayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR