Türkiyədən sərt reaksiya

Türkiyə baş naziri Binəli Yıldırım İraqın şimalındakı kürd muxtariyyətinin referendum qərarına sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, verilən qərarın məsuliyyətsiz olduğunu bildirib:

“Məsuliyyətsiz şəkildə verilmiş bir qərardır. Məsələyə münasibətimiz birmənalıdır. Biz İraqın ərazi bütövlüyünü dəstəkləyirik. İraqlıların dövlət şəklində yaşamağını istəyirik. Onsuz da, bölgədə yetərincə mübahisəli məsələlər var. Yeni bir problemin yaradılmasının doğru olmadığını düşünürük”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR