Palatadan "Kapital Bank" və "Xalq Bank"ın filialları ilə bağlı QƏRAR

Palatadan "Kapital Bank" və "Xalq Bank"ın filialları ilə bağlı QƏRAR
16:12 9 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının bugünki qərarına əsasən "Kapital Bank" ASC-nin "Masallı" şöbəsinin açılmasına icazə verilib və "Xalq Bank" ASC-nin 1 saylı "Bilgəh" mübadilə şöbəsinin icazəsi ləğv edilib.

Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, Direktorlar Şurasının iclasında "Kapital Bankın"-ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən "ASAN Xidmət" Mərkəzində "Masallı" şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

"Kapital Bank" ASC-nin "Masallı" şöbəsi "ASAN Xidmət" mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcək.

İclasda həmçinin, "Xalq Bank" ASC-nin 14 aprel 2017-cı il tarixli müraciəti əsasında 1 saylı "Bilgəh" mübadilə şöbəsinin icazəsi ləğv edilib. Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR