Şuşalı uşaqlar üçün futbol bayramı - FOTO

Şuşalı uşaqlar üçün futbol bayramı - FOTO
16:22 9 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeniyetmələrin, uşaqların və məktəblilərin o cümlədən, məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərəivəsində növbəti tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbir Sabunçu rayonundakı Ramana-450 qəsəbəsində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrinin uşaqlarının təhsil aldıqları 1 saylı Malıbəyli tam orta məktəbdə təşkil edilib.

Tədbirdə AFFA-nın 1 vitse-prezidenti, millət vəkili Rauf Əliyev, 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova,  YAP Şuşa rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa rayon Uşaq Gənclər İdman məktəbinin direktoru Əbülqasım Novruzov, layihənin kordinatoru  Kərim Ağayev iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Xankəndindən seçilmiş deputat Flora Qasımova bildiriblər ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin, məktəblilərin o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaq və yeniyetmələrin və məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Birinci Avropa Oyunlarında, RİO-2016-da və Bakıda keçrilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Natiqlər bildiriblər ki Azərbaycan Prezidenti cənab İlham Əliyev cənablarının rəhbərliyi ilə məcburi köçkün və qaçqın ailələrinin o cümlədən Şuşa rayonundan olan məcburi köçkün ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçrilib və bu istiqamətdə işlər davam etdirilir. Bu qəsəbənin salınması bunun bariz nümunəsidir. Eyni zamanda tezliklə işğal altında olan rayonlarımızın, o cümlədən Şuşanın da azad olunacağına və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarina qayıdacaqlarına əminlik ifadə olunub.

Sonda AFFA tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.

Zəfər Tağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR