Düz qarna sahib olmaq istəyirsinizsə, bu içkidən için

Bu detoks içkisinin hazırlanması çox asandır.

Metbuat.az xəbər verir ki, içkinin tərkibindəki məhsullar qan dövranı, qaraciyər və digər orqanlarda olan toksinləri bədəndən atır. Bel və qarın bölgəsindəki artıq yağlardan xilas olmaq istəyənlər üçün yaxşı alternativdir. Qarışığı hər 2 ya 3 aydan bir 5 gün və ya bir həftətətbiq edin.

Tərkibi:

2 parça təzə zəncəfil

2 çay qaşığı zərdəçal tozu (10 qr)

2 çimdik qırmızı bibər (4qr)

2 ədəd limon

2 lt su

Bal

Hazırlanması:

Zəncəfilin suyunu çıxarın və limon suyu ilə qarışdırın. Hər iki məhsulu 2 litr suya qoyun və qalan limonları əlavə edin. İstifadə etməzdən əvvəl 10 dəqiqə saxlayın. Hər səhər boş mədəyə için.

Qeyd: Qarışığın tərkibindəki bəzi məhsullar sağlamlığınıza əks təsir edə bilər. İstifadədən əvvəl həkiminizlə məsləhətləşin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR