“Səbail” Vüqar Nadirovla müqavilə bağlayıb

“Səbail” Vüqar Nadirovla müqavilə bağlayıb
16:27 9 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Səbail" klubu növbəti futbolçu transferini həyata keçirib. 
Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.
O, "Qarabağ"dan ayrılan Vüqar Nadirovla 1 illik müqavilə bağladıqlarını bildirib. 30 yaşlı hücumçu "Səbail"ə azad agent qismində keçib.
Qeyd edək ki, “Səbail” daha əvvəl Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-vuqar-nadirovla-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR