Astmanın effektli müalicəsi - VİDEO

Astmanın effektli müalicəsi - VİDEO
16:28 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bronxial astma – özünü təngnəfəslik, öskürək və boğulma tutmaları ilə büruzə verən ağciyərin xroniki iltihabi xəstəliyidir. Müxtəlif yaş qrupundan olan xəstələrdə, xüsusilə də uşaqlarda daha çox meydana çıxır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 4-10% bu xəstəlikdən əziyyət çəkir və insanların iş qabiliyyətinin aşağı düşməsinə, əlilliyə səbəb olduğundan daim alimlərin diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, akademik təbabətdə xəstəliyin indiyə kimi tam effektli patogenetik müalicəsi işlənib hazırlanmayıb. Hazırda bu xəstələrin müalicəsi üçün tətbiq olunan kimyəvi dərmanlar-bronxodilatatorlar, hormonal preparatlar daha çox simptomatik təsir göstərir. Bir çox hallarda isə hormonal qlyukokortikoidlərə qarşı xəstələrdə tədricən rezistentlik əmələ gəlir və hər dəfə daha yüksək dozalara keçilməsinə labüdlük yaradır.

Bronxial astmanın bioloji müalicəsinə – asidozun aradan qaldırılması, drenaj, detoksikasiya, bağırsaqların, xroniki infeksiya ocaqlarının müalicəsi, mikrofloranın bərpası, immunrequlyasiya və orqanotrop müalicə daxildir.

Bütün müalicə prosesi mərhələlərlə və kurslarla həyata keçirilən, uzun müddət tələb edən bir terapiyadır.

Qeyd edək ki, bu müalicə üsulu hazırda Bioloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/201981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR