"Zirə" İsrail klubunun sabiq futbolçusu ilə müqavilə bağlayıb

"Zirə" İsrail klubunun sabiq futbolçusu ilə müqavilə bağlayıb
16:32 9 İyun 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Zirə" klubu növbəti futbolçu transferini həyata keçirib. 
Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Gənc mütəxəssis yarımmüdafiəçi David Manqa Lembe ilə 2 illik müqavilə bağladıqlarını bildirib. 
3 fevral 1989-cu ildə Fransanın paytaxtı Parisdə doğulmuş Manqa PSJ klubunun yetirməsidir. Onun son iş yeri İsrailin "Hapoel" (Kiryat-Şmona) klubu olub. Əvvəllər isə Manqa "Ayzenştadt" (Avstriya), "Münhen 1860" (Almaniya) və icarə əsasında "Hapoel" (Ramat-Qan) komandalarında çıxış edib. 28 yaşlı oyunçu Mərkəzi Afrika Respublikasının milli komandasına da 9 dəfə çağırılıb. O, həmin oyunlarda 2 qola imza atıb. 
Qeyd edək ki, "Zirə" klubu 2017-2018 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-i-srail-klubunun-sabiq-futbolcusu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR