"Alibaba"nın sahibi ötən gün 2,8 mlrd. dollar qazanıb

"Alibaba"nın sahibi ötən gün 2,8 mlrd. dollar qazanıb
16:37 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Çinin onlayn ticarət şirkəti -  "Alibaba Group Holding"in səhmləri ötən gün 13% bahalaşıb. 
"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şirkətin gəlirinin kəskin artacağı ilə bağlı verilmiş proqnozlar olub. 
Son nəticədə "Alibaba"nın bazar dəyəri 42 mlrd. ABŞ dollar çatıb, onun sahibi Cek Manın variadatı isə 2,8 mlrd. dollar artıb. İlin əvvəli ilə müqayisədə isə artım 8,5 mlrd. dollardır. 
"Bloomberg" agentliyi Cek Manın dünyanın ən zəngin 14-cü adamı olduğunu bildirir. Qeyd edək ki, "Alibaba" Çinin elektron ticarət bazarında 80% paya malikdir. Onun ən məşhur platforması "Taobao" adlanır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/alibaba-nin-sahibi-oten-gun-2-8-mlrd-dollar-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR