Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib
16:37 9 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. 
Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/bakida-deniz-kuboku-2017-musabiqesinin-planlasdirma-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR