Natiq Əliyevin ölümündən sonra ən çox izlənən görüntülər

Xəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, eks nazir ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli filmlərdən birində maraqlı məqamlardan söz açıb.

Natiq Əliyev 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndə Türkiyənin "Türk petrolları şirkəti"nin payının 1,75 %-dən 5%-ə qaldırılmasında Heydər Əliyevin nümayiş etdirdiyi siyasi addımdan danışıb. O, Heydər Əliyevin bu addımı atması ilə Türkiyənin ABŞ-ın "Ekson" şirkəti ilə eyni pay hüququnu qazanmasını atılmış böyük siyasi addım adlandırıb.

Daha ətraflı videodan izləyək:

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR