Şirkətlərə 1,6 milyon manatlıq cəza - Əmək müqaviləsi olmadığına görə

Şirkətlərə 1,6 milyon manatlıq cəza - Əmək müqaviləsi olmadığına görə
16:42 9 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb.

Vergilər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu müddət ərzində "Ştutqart" (ehtiyat hissələri mağazaları), "Halal Tekstil", "Arm" (MADO restoranlar şəbəkəsi), "Altrade", "Təmiz Qida", "Salam Şirkətlər Qrupu" (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR