Laricanidən SƏRT AÇIQLAMA: "ABŞ özü ən böyük İŞİD-dir"

Laricanidən SƏRT AÇIQLAMA: "ABŞ özü ən böyük İŞİD-dir"
16:57 9 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib.

O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: "Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır".

Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR