İran dünyanın “ən böyük İŞİD"-ini AÇIQLADI

İran dünyanın “ən böyük İŞİD"-ini AÇIQLADI
16:58 9 İyun 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və özləri ən böyük İŞİD-dir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida mərasimində bildirib.

"ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir. Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi göstərir”, - siyasətçi qeyd edib.

Xatırladaq ki, iyunun 7-də İran parlamenti və İran inqilabının lideri Ayətullah Xomeyninin türbəsinə hücumlar təşkil edilib. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43-ü yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR