Azərbaycanda əmanətlərin dollarlaşması zəifləyib

Azərbaycanda əmanətlərin dollarlaşması zəifləyib
17:02 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətlərində dollarlaşma göstəricisi bu il mayın 1-nə 76,6% təşkil edib. 
Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 
Xatırladaq ki, bu göstərici aprelin 1-də 78,6%, 1 il bundan əvvəl isə 81,7% olub. 
AMB-nin hesabatına əsasən, aprelin sonunda fiziki şəxslərinin banklardakı əmanətlərinin məbləği 6 873,2 mln. manat təşkil edib. Bu da əvvvəlki ayla müqayisədə 38,2 mln. manat və yaxud 0,55% azdır. İlin əvvəli ilə müqayisədə əmanətlərdə 575,5 mln. manat və yaxud 7,7%, ötən ilin eyni dövrü ilə müqayisədə 811,8 mln. manat və yaxud 10,6% azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-emanetlerin-dollarlasmasi-zeifleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR