Prezident Administrasiyasının şöbə müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunda olub (FOTO)

Prezident Administrasiyasının şöbə müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunda olub (FOTO)
17:22 9 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunun qonağı olub.

Gənclər Fondundan Trend-ə verilən məlumata görə, görüşdə həmçinin Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak edib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumatı qonaqların nəzərinə çatdırıb.

Daha sonra qonaqlara Gənclər Fondunun əməkdaşları tərəfindən Fondun təqdimatı keçirilib.

Gənclər Fondunun İnformasiya Texnoloqiyaları üzrə mütəxəssisi Sahil Balazadə Fondun rəsmi saytı, elektron xidmətləri, bazası haqqında ətraflı danışıb. S.Balazadə şəffaqflığın təmin olunması üçün, ölkədə ilk dəfə elektron müraciət sisteminin tətbiq olunduğunu qeyd edib. 5 il ərzində Fondun rəsmi saytından 10548 qeydiyyat qeydə alınıb ki, onlardan 294-ü gənclər təşkilatlarına, 10254-ü isə fiziki şəxslərə aiddir.

Təqdimatı Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov davam edib. O, Fondun maliyyə vəsaiti hesabına bu vaxta gədər 9 qrant müsabiqəsi çərçivəsində Azərbaycanın müvəqqəti işğal altında olan rayon və şəhərləri istisna olmaqla, ölkənin butun digər inzibati ərazi vahidlərində (rayon və şəhərlər) gənclər təşkilatarı və fiziki şəxslər tərəfindən layihələr keçirildiyini vurğulayıb.

Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva D kateqoriyası (səfər qrantları), həmçinin Gənclər Fonduna gəlmiş xarici qonaqlar haqqında geniş məlumat verib. V.Niftəliyeva bildirib ki, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində gənclər tərəfindən 51 ölkəyə, 117 şəhərə səfər edilib.

Görüşün sonunda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev onu maraqlandıran sualları Fondun əməkdaşlarına ünvanlayıb və Fondun fəaliyyəti haqqında müzakirələr aparıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2764890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR