“Project Wing” dronlar üçün dispetçer sistemini sınaqdan keçirib

“Project Wing” dronlar üçün dispetçer sistemini sınaqdan keçirib
17:35 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

İstehlak məqsədli pilotsuz uçan aparatların (dron) əlçatanlığı onların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Yaxın gələcəkdə belə aparatların sayının artması idarə edilən aviatexnika üçün təhlükə yaradacaq. Belə təxmin edilir ki, xüsusi proqram həlləri (müəyyən sahələr daxilində uçuşlara qadağa qoyulması və ya maneədən yan keçmək üçün alqoritmlər) toqquşmaların qarşısını almağa imkan verəcək. Alternativ qismində olduğu yerin monitorinqini təmin edən “ADS-B” texnologiyası nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Alphabet” şirkətinin yeni sisteminin işi “ADS-B” texnologiyasına əsaslanır. Sistem “Google”un xidmətlərindən (“Earth”, “Maps” və “Street View”) istifadəni nəzərdə tutur. Bu xidmətlərin köməyi ilə pilotsuz təyyarənin olduğu yeri müəyyənləşdirən sistem real vaxt rejimində uçuşun optimal trayektoriyasını müəyyənləşdirir. Bu, bir neçə aparata ümumi hava məkanında təhlükəsiz uçuşlar yerinə yetirməyə imkan verəcək. Məsələn, uçuş marşrutlarının düzəlişi dronların binalarla toqquşma riskini minimuma endirəcək.

Şirkət yeni həllini Kaliforniyada sınaqdan keçirib. Sınaqlarda 1 ədəd “DJI Inspire” dronu, 2 ədəd “Intel Aero” və “Alphabet”in bölməsi olan “Project Wing” layihəsinin istehsalı olan 3 ədəd drondan istifadə edilib. Ssenari üzrə sonuncular bağlamaları çatdırmalı, “Inspire” və “Aero” dronları isə vahid hava məkanında axtarış-xilasetmə əməliyyatında iştirak etməli idilər. Bu halda “Intel” şirkətinin aparatları “LTE” şəbəkəsinin köməyi ilə, operatorlar tərəfindən məsafədən idarə edilib, “DJI” və “Project Wing”in əməkdaşları isə poliqonda olublar. Sınaqlar çərçivəsində dispetçer sistem uçuşların trayektoriyasına düzəliş edib. Sınaq uğurlu olub.

Şirkət gələcəkdə məhsuldarlığı artırmaq üçün yeni həlli “bulud” texnologiyasına inteqrasiya etmək niyyətindədir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48337-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR