Türkiyədə dollarlaşma güclənir

Türkiyədə dollarlaşma güclənir
17:37 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Xarici investorların türk lirəsinin məzənnəsinə müsbət yanaşsa da, Türkiyə vətəndaşlarının ölkənin milli valyutasına inamı azalır. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə rezidentlər 26 may - 2 iyun tarixlərində dollar depozitlərinin həcmini 2,5 mlrd. və yaxud 1,54% artıraraq 164,8 mlrd. dollara çatdırıblar. 
Bu da tarixi rekord səviyyəyə yaxın göstərici sayılır. Türkiyə banklar lirə ilə yerləşdirilən depozitlərə illik 15%-ə yaxın divident vəd etsələr də, ölkədə dollarlaşma güclənir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-dollarlasma-guclenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR