Günay İbrahimli şəxsi həyatından danışdı: "Hamı bilir" - VİDEO - FOTO

Günay İbrahimli şəxsi həyatından danışdı: "Hamı bilir" - VİDEO - FOTO
17:37 9 İyun 2017
143 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" proqramına qonaq olan müğənni Günay İbrahimli, yenə də maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az bildirir ki, şəxsi həyatından danışmaq istəməyən müğənni, artıq bu cür mövzuların onun başını ağrıtdığını dilə gətirib:

"Bəlkə bu dəfə danışmayaq. Artıq başım ağrıyır. O qədər saytlar xəbər yazırlar ki, artıq jurnalistləri yığmıram. Çünki camaata maraqsızdır. Hər kəsin özünə məxsus şəxsi həyatı olur, ailəsi, sevdiyi dostu, sevgilisi, nişanlısı, həyat yoldaşı olur. Bu hər kəsin həyatında var. Yəni məncə artıq bilirlər. Bunu mənim yenidən deməyim məncə lazım deyil".

Daha sonra aparıcının anidən "Deyirlər toy olacaq" sualına isə, Günay bu cür cavab verib:

"Yox, hələ yox. Mənə xoşdur sizin verilişə gəlmək. Hər kəsə təşəkkür edirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/552876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR