Mingəçevirdə “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda konfrans keçirilib
17:47 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 9 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda konfrans keçirilib.
“Report”un Şirvan bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən konfransada Mingəçevir Şəhər İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi, Mingəçevir və Qəbələ Regional Turizm İnformasiya Mərkəzləri, Mingəçevir, Qəbələ və Naftalanın turizm sanatoriya komplekslərinin nümayəndələri iştirak edib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanın turrizm potensialı, turizm sahəsində mövcud durum, perspektivlər və turizm sahəsi üçün kadr hazırlığı prosesi barədə ətraflı məlumat verib.
Daha sonra “Ölkədə turizm bazarının mövcud vəziyyəti”, “Regional turizmdə inkişaf tendensiyaları” və digər mövzularda məruzələr dinlənilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans gənc istedadlar tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/mingecevirde-regional-turizm-movcud-veziyyet-ve-inkisaf-tendensiyalari-movzusunda-konfrans-keciri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR