Ombudsman Aparatının nümayəndələri DTX-nın istintaq təcridxanasına baş çəkiblər

Ombudsman Aparatının nümayəndələri DTX-nın istintaq təcridxanasına baş çəkiblər
17:47 9 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu fəaliyyət çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin qaldırdıqları bəzi müraciətlər yerində araşdırılıb və sənədləşmənin aparılması vəziyyəti öyrənilmiş, hər birinə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.
Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ombudsman-aparatinin-numayendeleri-dtx-nin-istintaq-tecridxanasina-bas-cekibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR