Mikayıl Cabbarovdan son zəng əmri

Mikayıl Cabbarovdan son zəng əmri
17:48 9 İyun 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin təşkil edilməsi barədə əmr imzalayıb.

Publika.az xəbər verir ki, əmrdə “Son zəng” tədbirinin iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunması göstərilib.

“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilir. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görmələri əmrdə vurğulanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR