"Son Zəng" tədbiri bu vaxt və bu yerlərdə keçiriləcək - ƏMR

"Son Zəng" tədbiri bu vaxt və bu yerlərdə keçiriləcək - ƏMR
17:49 9 İyun 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr verib.


Lent.az-ın məlumatına görə, əmrə əsasən,  “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.

 “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilib.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində  şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görmək tapşırılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR