Fərqlənmə attestatları bu məzunlara veriləcək - ŞƏRTLƏR

Fərqlənmə attestatları bu məzunlara veriləcək - ŞƏRTLƏR
18:04 9 İyun 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiqi haqqında əmr verib.

 

Lent.az-ın məlumatına görə, əmrə əsasən, “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiq edilib.

 

Qaydalara əsasən, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir:

 

2.1. ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi;

2.2. bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; 2.3. ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması;

2.4. tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması1);

2.5. buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması

 

Qaydalara görə, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

 

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

 

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir.

 

Qeyd edək ki, bu qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR