Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”

Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”
18:07 9 İyun 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ “Sentyabr ayından 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”. 
“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, indi təxminən 3000-ə yaxın şagird 20 nömrəli məktəb-liseydə təhsil alır: “Biz I sinfə şagirdlərin qəbulunu elektron sistem vasitəsilə həyata keçirmişik. 20 nömrəli-məktəb liseyə Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, rus bölməsinə isə 8 sinfə 238 şagird qəbul olunub”.
M.Vəliyeva qeyd edib ki, rus bölməsində artıq şagird qəbulu dayandırılıb: “Ancaq Azərbaycan bölməsinə bu ayın sonuna qədər davam edəcək. Bunu da xüsusilə valideynlərin nəzərinə çatdırıram ki, təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/sentyabr-ayindan-20-nomreli-mekteb-liseyin-kocurulmesi-islerine-baslanilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR