Daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilib
18:15 9 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi - Cavadxan küçəsi - H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.

29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr. - 20 Yanvar küç. istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxtəlif markalı (Daewoo, Otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər. Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində (“Şamaxinka” adlanan ərazidə) avtonəqliyyat vasitələrinin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən “Beynəlxalq Avtovağzal” kompleksi və “Avtovağzal” metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib.

Qeyd edək ki, 10.06.2017 tarixindən sınaq məqsədilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2764939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR