Maykl ONil: "Bakıdakı hava şəraiti çıxışımıza mane olmayacaq"

Maykl ONil: "Bakıdakı hava şəraiti çıxışımıza mane olmayacaq"
18:37 9 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Azərbaycan millisinin bütün oyunlarına baxmışam. Rəqibin necə hazırlaşması ilə bağlı sualı Robert Prosineçkiyə versəniz, daha yaxşı olar. Azərbaycan Almaniya ilə görüşün ilk 30 dəqiqəsində yaxşı təsir bağışladı. Görək indi necə olacaq".
“Report”un məlumatına görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini qonağı olacaq Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Britaniyalı mütəxəssis braziliyalı Riçard Almeydanın Azərbaycan yığmasında mümkünü debütünə də toxunub: "Onun klubdakı oyununu görmüşəm. Yaxşı futbolçudur. Lakin bizim oyunçular da İngiltərə Premyer Liqasında çıxış edirlər".
M.O'Nil bildirib ki, Bakıdakı hava şəraiti onların çıxışına təsir göstərməyəcək: "Hava şəraiti yaxşıdır. Türkiyədəki iqlim bura uyğun idi, orada hazırlıq keçdik. Ölkəmizdə də pis deyildi. Düşünürəm ki, hava şəraiti çıxışımıza mane olmayacaq. Belfastda 4:0 hesabı ilə qalib gəldik. Düzgün taktika seçmişdik. Burada yaxşı oynamağa çalışacağıq".
Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/maykl-o-nil-bakidaki-hava-seraiti-cixisimiza-mane-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR