Makronun istədiyi şəxsi Ərdoğan göndərdi - FOTO

Makronun istədiyi şəxsi Ərdoğan göndərdi - FOTO
18:42 9 İyun 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Brüsseldə keçirilən NATO zirvə toplantısında Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun Rəcəb Tayyib Ərdoğandan sənədlərinə "göz gəzdirməyini" istədiyi fransalı jurnalist Mathias Depardon deportasiya edilib.

Milli.Az xəbər verir ki, Fransa mətbuatının "Sərhədsiz Jurnalistlər" təşkilatına istinadən yaydığı xəbərə görə, Qaziantepdən İstanbula gətirilən Depardonun axşam saatlarında Parisdə olacağı bildirilib.

Qeyd edək ki, "National Geographic"in fransalı fotoqrafı Mathias Depardon bu ilin 8 may tarixində Batman rayonunun Hasankeyf mahalında nəzarətə götürülmüşdü. Depardon o tarixdən etibarən nəzarətdə saxlanılırdı.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR