Türkiyəli nazir Natiq Əliyevin vəfatı haqda: "Çox ağır durumda gəlmişdi..."

Türkiyəli nazir Natiq Əliyevin vəfatı haqda: "Çox ağır durumda gəlmişdi..."
18:47 9 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, nazir "İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini" deyib.

"Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi"-Receb Akdağ bildirib.

Natiq Əliyev ürək damarlarının tıxanmasına görə kritik vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirilmişdi, orada həkimlərin ilkin yardımından sonra Türkiyəyə aparılmışdı. Nazir ötən gün İstanbulun "Florence Nightingale" klinikasında  vəfat edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/552913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR