İtaliya "İnter"inə yeni baş məşqçi təyin olunub

İtaliya "İnter"inə yeni baş məşqçi təyin olunub
19:07 9 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Luçano Spaletti İtaliyanın "İnter" futbol komandasına baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 58 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
O, iyunun 14-də ictimaiyyətə təqdim olunacaq. Komanda ilə ilk məşq isə iyulun 3-də olacaq. Yeni baş məşqçinin ilinə 4 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Luçano Spalettinin son klubu "Roma" olub. O, 2016-cı ilin yanvarında baş məşqçi təyin olunduğu paytaxt klubunu ötən mövsümün sonunda tərk edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-i-nter-ine-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR