Dmitri Nazarovun çıxış etdiyi klub baş məşqçisiz qalıb

Dmitri Nazarovun çıxış etdiyi klub baş məşqçisiz qalıb
19:17 9 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" klubu baş məşqçisiz qalıb. "Report"un məlumatına görə, Domeniko Tedesko "Şalke"nin sükanı arxasına keçib.
31 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, yeni vəzifədə istefaya göndərilmiş Markus Vayntsirli əvəzləyib.
Qeyd edək ki, "Şalke" ötən mövsüm Bundesliqada 43 xalla 10-cu yeri tutub. "Ertsebirge Aue" isə II Bundesliqada 39 xalla 14-cü olub və daha aşağı liqaya enmə təhlükəsindən qurtulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dmitri-nazarovun-cixis-etdiyi-klub-bas-mesqcisiz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR