Xabi Alonso: "Mən ağacdan düşən yetişmiş meyvə kimiyəm"

Xabi Alonso: "Mən ağacdan düşən yetişmiş meyvə kimiyəm"
19:32 9 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsümün sonunda karyerasını başa vurduğunu elan edən Xabi Alonso artıq futbol üçün darıxmağa başladığını etiraf edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspaniya millisi və "Bayern Munich"in sabiq yarımmüdafiəçisi bunları deyib:

"Ola bilsin, yaydan sonra futbol üçün daha çox darıxacam. Əvvəlcə yaxşı istirahət edəcəm. Bundesliqa, İspaniya çempionatı və Premyer Liqada yeni mövsüm başlayanda mən divanda oturub baxacam. Günlər keçdikcə, həyatımda boşluq yarandığını dərk etməyə başlayıram.

Gələcəyimə qalanda, mən ağacdan düşən yetişmiş meyvə kimiyəm. Bu və ya digər fəaliyyət sahəsində lazımi sahələr tapmaq çətindir. Bununla yanaşı mən sakitəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR