Uşaq musiqi məktəbi hesabat konserti keçirib (FOTO)

Uşaq musiqi məktəbi hesabat konserti keçirib (FOTO)
19:55 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirib.

Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Aparıcı konsert proqramını açıq elan edərək, məktəbin 25 il ərzində qazandığı nailiyyətlərdən ətraflı məlumat verib.

Konsertdə məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan bəstəkarları ilə yanaşı dünya bəstəkarlarının əsərləri, F.Bədəlbəyli “Dəniz”, R.Hacıyev “Azərbaycanım”, S.Ələsgərov “Aşıqsayağı”, F.Sücəddinov “Vətən balladası”, D.Dadaşov “Çinarənin sevinci”, A.Lyadov “Prelüdiya”, V.A.Motsart “Serenada”, Z.Abreu “Tiko-tiko”, O.Novaçek “Perpetuum mobile” və “Orta şəşəngi”,“Şahsevəni” saz havaları səsləndirilib.

Sonda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin kollektivini təbrik edərək, onlara uğurlar arzu edib və məktəbin 25 illik yubileyi münasibətilə direktor Möhüb Babayevə Fəxri Fərman təqdim edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2764989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR