ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri
başlayır. Ermənistan Rusiyadan yeni raket sistemləri alıb. Tehran
ABŞ-ı “ən böyük İŞİD” adlandırıb. Böyük Britaniyada keçirilən
növbədənkənar parlament seçkilərində mühafizəkarlar əksəriyyəti
itirib. Qətər ətrafında vəziyyət gərginləşir. Terror aktlarının
hədəfi olan İran intiqam sözü verib.
Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun
həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə
zonasında vəziyyəti araşdırmaqdır. Ermənistanın
xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana
və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail
olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini
müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası
da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin
yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.
DÜŞMƏN TƏTİKDƏ: Ermənistan Qarabağda hücuma keçə bilər - VİDEO
Ermənistan Rusiyadan yeni raket sistemləri
alıb. Bu barədə Ermənistanın hava hücumundan müdafiə
qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan deyib.
Erməni polkovnik deyib ki, Rusiyadan aldıqları silahlar
Azərbaycan vertolyotlarına və pilotsuz uçuş aparatlarına zərbə
endirəcəklər. Yeni alınan “İqla-S” və “Verba” zenit
raketləridir.
Rusiyanın “Hərbi” informasiya agentliyi isə yazır ki, Ermənistan
Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq
Qarabağ bölgəsinə yerləşdirəcək.
Rusiya Qarabağa yeni raket sistemi göndərdi: Azərbaycan təyyarələri HƏDƏFDƏ - FOTO
Erməni analitik Eduard Abramyan “Aravot” qəzetində
bu günlərdə vəfat edən məşhur amerikalı politoloq, dövlət xadimi
Zbiqnev Bjeziniski ilə söhbətini dərc edib.
Z.Bjeziniski hesab edir ki, Ermənistandakı Rusiya hərbi bazası
Türkiyəyə qarşı yerləşdirilməyib: “Bu baza bir göz qırpımında
Ermənistan üçün təhlükəyə çevriləcək”.
Bjeziniskinin ölümündən öncəki son Qarabağ PROQNOZU: Rusiya Ermənistanı...
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər
ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin
ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın
möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər
ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə
tutur.
Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi
ratifikasiya edib.
Türkiyənin Qətərə əsgər göndərməsi haqqında
qərarından sonra Pakistan da hərəkətə keçib. Pakistan
Qətərə 20 min əsgər göndərmək üçün parlamentə müraciət edib.
Türkiyənin qərarından dərhal sonra Pakistanın Qətərə əsgər
göndərməsi Pakistan ilə Türkiyə arasındakı ittifaqı yenidən gündəmə
gətirib.
Böyük Britaniyada keçirilən növbətənkənar parlament
seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası
parlament əksəriyyətindən məhrum olub. Böyük
Britaniyanın baş naziri Tereza Mey seçkilərinin ilkin nəticələrinin
açıqlanmasından sonra bildirib ki, hakim partiyanın qələbəsi ölkəyə
sabitlik gətirəcək və Londonu Avropa İttifaqından çıxış üçün
əlverişli şərtlərlə təmin edəcək. Öz növbəsində leyboristlərin
lideri Ceremi Korbin parlamentdə əksəriyyəti itirən baş naziri
istefa verməyə çağırıb.
Mühafizəkarların parlament əksəriyyətini əldə etməməsi
koalisiyaların yaradılmasını zəruri edəcək. Mümkün koalisiya
variantları artıq KİV-də fəal müzakirə edilir.
Tereza Mey parlament əksəriyyətindən məhrum oldu – İSTEFA ÇAĞIRIŞI - YENİLƏNDİ
Böyük Britaniyada seçkilərin nəticələri Breksit üzrə
danışıqları ikinci plana keçirə bilər. Bunu Böyük
Britaniyada dünən keçirilən növbədənkənar parlament seçkilərininin
nəticələrini şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun
(RİSİ) baş elmi işçisi, siyasi elmlər namizədi Anna Vilobatıx
bildirib.
Onun sözlərinə görə, xarici siyasətlə məşğul olmaq üçün əvvəlcə
daxili məsələləri həll etmək lazım olacaq.
Mey Kameronun taleyini yaşayır: Fiasko və “Yumşaq Breksit”ə KEÇİD
ABŞ Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün
genişmiqyaslı əməliyyat hazırlayır. Bunu jurnalislərə
açıqlamasında rusiyalı senator İqor Morozov söyləyib.
“ABŞ Suriyada strateji təşəbbüsü ələ keçirərək, silahlı qüvvələr
vasitəsilə rəngli inqilab təşkil etmək istəyir. Dəməşqə hücum
hazırlanır. Bunun hədəfi isə Əsədi devirib, yerinə özünün idarə
etdiyi rəhbər qoymaqdır”, – deyə o bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi sentyabr ayında
müstəqillik üçün referendum keçirməyi planlaşdıran Şimali İraq kürd
muxtariyyətinə sərt reaksiya verib. Nazirlikdən
verilən bəyanatda referendum qərarı “dəhşətli bir səhv” kimi
qiymətləndirilib.
“Referendum qərarı dəhşətli bir səhvdir. İraqın ərazi bütövlüyü
və siyasi birliyi Türkiyə xarici siyasətinin əsas prinsipləridir”,
- bəyanatda deyilir.
Xatırladaq ki, kürd muxtariyyəti cari ilin sentyabrın 25-də
müstəqillik referendumunun keçirlməsi barədə qərar verib.
"İyunun 8-də Tehranda təşkil edilən hücumların
intiqamı alınacaq". Bunu İran dövlət televiziyasına
danışan İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
rəhbərinin müavini Hüseyn Salami deyib.
“Hücumların intiqamını alacağıq. Bunun necə və harada olacağı
gizlidir. İntiqam bizə ediləndən min dəfə ağır olacaq və millətimiz
bunu görəcək”, - o vurğulayıb.
Qeyd edək ki, bu İranın intiqam alınacağı barədə ilk bəyanat
deyil. SEPAH daha əvvəl hücumun arxasında Səudiyyə Ərəbistanının
olduğunu və intiqam alınacağını açıqlayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq
şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən
Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə
gətirilib. Bu barədə “Nyu York Times” nəşri yazıb.
Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq
şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır.
ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək
“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və
özləri ən böyük İŞİD-dir”. Bunu İran parlamentinin
spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida
mərasimində bildirib.
"ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ
haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir.
Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük
İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq
ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi
göstərir”, - siyasətçi qeyd edib.
Xatırladaq ki, iyunun 7-də İran parlamenti və İran inqilabının
lideri Ayətullah Xomeyninin türbəsinə hücumlar təşkil edilib.
Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43-ü yaralanıb.
Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə
götürüb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/202007.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)