Ermənistanda merin 17 yaşlı oğlu maşınla adam vuraraq öldürüb

Ermənistanda merin 17 yaşlı oğlu maşınla adam vuraraq öldürüb
20:22 9 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Ermənistanda Razdan şəhərinin meri Aram Danielyanın 17 yaşlı oğlu Razmik Danielyan idarə etdiyi avtomobillə 58 yaşlı Valeri Torosyan adlı kişini vuraraq hadisə yerindən qaçıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Valeri Torosyan xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Merin oğlu qəzanın izini itirmək üçün avtomobilin dövlət nömrə nişanını çıxarıb. Onun sürücülük vəsiqəsi olmayıb. Razdan Şəhər Polis İdarəsinin rəisi ictimaiyyəti qəzanı Razmik Danielyanın törətmədiyinə inandırmağa çalışır.
Qeyd edək ki, Razdan şəhərinin meri Aram Danielyan hakim Respublikaçılar Partiyasının üzvüdür. İki dəfə bu vəzifəyə seçilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-merin-17-yasli-oglu-masinla-adam-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR