Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
20:27 9 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 9 iyun. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib. 
Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İzusu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub. 
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-sernisin-avtobusu-minik-avtomobili-ile-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR