Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var
20:27 9 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib. 

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/552937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR