Müqəddəs şəxsin şüşədə saxlanılan beynini oğurladılar

Müqəddəs şəxsin şüşədə saxlanılan beynini oğurladılar
20:27 9 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada kilsələrdən birində qəribə oğurluq olub. Naməlum şəxslər XIX əsrdə yaşayan müqəddəs keşişin "izləri"ni oğurlayıb.

Covanni Boskonun nəşi kimyəvi maddələr çəkilərək kilsədə saxlanılır. Bu, kilsədən ilk oğurluq deyil. Bu dəfə oğrular onun şüşədə saxlanılan beynini aparıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun nəşinə toxunulmayıb. Oğrular çox peşəkar olub, hadisə yerində nə bir barmaq, nə də başqa bir iz buraxılmayıb.

Polisin axtarışları nəticə vermir. Turin arxiyepiskopu Çezare Nosilya mətbuat vasitəsilə oğrulara müraciət etmək məcburiyyətində qalıb: "Boskonun beynini qaytarın, bəlkə Tanrı sizi bağışlayar. Tövbə edin və bir də müqəddəslərə sataşmayın. Bəzi cəzalar var ki, onlar həbsxana cəzasından da əzablıdır".

Xatırladaq ki, Covanni Bosko İtaliyada Salesian dini birliyinin təsisçisidir. Keşiş yetim və evsizlərə yardım edib. Onun nəşinin saxlanıldığı kilsə daim ziyarətçilərlə dolu olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR